Robert Koçaryan Ermənistan prezidenti statusu üçün yenidən mübarizə aparmağa hazırdır

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Ermənistan liderinin statusu üçün yenidən mübarizə aparmağa hazır olduğunu bildirib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 04 Mart 2021, 17:06

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Ermənistan liderinin statusu üçün yenidən mübarizə aparmağa hazır olduğunu bildirib.

 

İnterAz bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

 

"İştirak etməyə, qalib gəlməyə iddia edirəm, bu səbəbdən bu ölkədə bir şeyin dəyişdirilməli olduğunu, düzəltməyin lazım olduğunu iddia edirəm", siyasətçi bildirib.

 

Eks-prezident müxalifətin və hərbçilərin Ermənistan Baş naziri Nikol Paşinyanın istefası ilə bağlı tələblərini dəstəklədiyini qeyd edib.

 

Bundan əvvəl Koçaryan erməni xalqını ölkənin Silahlı Qüvvələrini dəstəkləməyə çağırıb.

sss