Ərdoğan İrana qarşı tətbiq edilən birtərəfli sanksiyaları ləğv etməyə çağırıb
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrana qarşı tətbiq edilən birtərəfli sanksiyaları ləğv etməyə çağırıb...
Bakı, Gülnarә Quliyeva, İnteraz - 04 Mart 2021, 16:27
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrana qarşı tətbiq edilən birtərəfli sanksiyaları ləğv etməyə çağırıb.
İnterAz xəbər verir ki, bunu Türkiyə Prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) dövlət və hökumət başçılarının 14-cü iclasında çıxış edərkən bildirib.
"İrana qarşı birtərəfli sanksiyaların sona çatması, bölgədə iqtisadi rifah və sabitliyin bərqərar olmasına töhfə verəcək", Ərdoğan bildirib.