İranda sutka ərzində 8,4 min nəfər koronavirusa yoluxub

...Bununla da İranda bu virusa yoluxanların sayı 1 665 103 nəfərə yüksəlib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 04 Mart 2021, 15:04

İranda ötən sutka ərzində 78 nəfər koronavirusdan (COVID-19) ölüb.

 

İnterAz-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

 

S.Sadat Larinin sözlərinə görə, beləliklə İranda bu virusdan ölənlərin sayı 60 431 nəfərə çatıb.

 

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 8 404 nəfər koronavirusa yoluxub. Bununla da İranda bu virusa yoluxanların sayı 1 665 103 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 760 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

Sima Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 420 958 nəfər koronavirusdan sağalıb, 11 milyondan çox diaqnoz testi həyata keçirilib.

 

İranda koronavirusa yoluxma üzrə 11 rayon qırmızı, 32 rayon narıncı, 251 rayon sarı, 154 rayon isə mavi zona hesab olunur.

sss