Erməni müxalifətinin lideri: Mübarizəyə davam edəcəyik və Nikol Paşinyan gedəcək

Manukyan ona qarşı ittiham irəli sürülməsi üçün İstintaq Komitəsinə dəvət edilib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 04 Mart 2021, 13:50

 Ermənistanda müxalif  "Vətəni Qurtarmaq Naminə" hərəkatının lideri Vazgen Manukyan, onun çıxışlarını konstitusiya quruluşunu devirməyə çağırış kimi şərh edən müstəntiqlərə ifadə verməyəcək.

 

İnterAz-ın TASS-a istinadən verdiyi xəbərə görə, o, bunu İstintaq Komitəsinin binası önündə keçirilən brifinqdə deyib.

 

Manukyan ona qarşı ittiham irəli sürülməsi üçün İstintaq Komitəsinə dəvət edilib.

 

"Bu ittihamların siyasi mənası var, ifadə vermək fikrim yoxdur. Açıqlamalar verdim, qoy vəkillər bunu aydınlaşdırsın", o bəyan edib.

 

Manukyan, həbs ehtimalı ilə bağlı narahat olmadığını da qeyd edib:

 

"Həbs olunacam ya yox bunun heç bir əhəmiyyəti yoxdur, hərəkat mübarizəni davam etdirəcək və Nikol (Ermənistan Baş naziri Nikol Paşinyan) gedəcək".

sss