Beynəlxalq Cinayət Məhkəməsinin qərarı İsrail və ABŞ-ı qəzəbləndirib

...İsrailin baş naziri Benyamin Netanyahu Beynəlxalq Cinayət Məhkəməsinin kəskin tənqid edib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 04 Mart 2021, 09:52

Dövlətlərarası beynəlxalq tribunal hesab edilən Beynəlxalq Cinayət Məhkəməsi fələstinlilərin, işğal edilmiş ərazilərlə bağlı İsrailin əleyhinə qaldırılmış şikayətlərini təmin edəcəyini bildirəndən sonra rəsmi Təl-Əviv və rəsmi Vaşinqtondan kəskin etiraz gəlib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu Beynəlxalq Cinayət Məhkəməsinin kəskin tənqid edib.

 

İşğal edilmiş ərazilərdə fələstinlilərin şikayətlərinə baxacağını deyəndən sonra Beynəlxalq Cinayət Məhkəməsini kəskin tənqid edən Netanyahu əlavə edib ki, “bu addım anti-semitismin və ikiüzlülüyün əlamətidir.” O bildirib ki, bu qərar İsrailə qarşı hücumları artıracaq.

 

Eyni zamanda ABŞ-ın Dövlət Katibliyi də Beynəlxalq Cinayət Məhkəməsinin belə bir məsələyə baxmağa səlahiyyəti çatmadığını bildirib və məhkəmənin mövqeyini tənqid edib.

 

Bildirək ki, Beynəlxalq Cinayət Məhkəməsi fələstinlilərin İsrailə qarşı şikayətlərini təmin etməyə səlahiyyəti çatdığını bildirib və işğal edilmiş ərazilərdə müharibə cinayətləri barədə araşdırmaların aparılacağını deyib.

 

Qeyd edək ki, bu məhkəmənin baş prokuroru Fatu Bensuda 2019-cu ildə İsrailin əleyhinə olan şikayətlərə baxılacağı bəyanatını vermişdi. O zaman sabiq ABŞ hökuməti beynəlxalq məhkəmənin bir neçə üzvünə sanksiya tətbiq etmiş, İsrail tərəfi isə orada üzv olmadığına görə məhkəmənin qeyd edilən şikayətlərə baxmağa hüququ çatmadığını bəyan etmişdi.

sss