Dünyada son sutkada koronavirusa 348 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutka ərzində 348 281 nəfər koronavirusa yoluxub, 7 807 nəfər ölüb...

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 04 Mart 2021, 09:40

Dünyada son sutka ərzində 348 281 nəfər koronavirusa yoluxub, 7 807 nəfər ölüb. 

 

İnterAz TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

 

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 114 428 211 yoluxma hadisəsi, 2 543 755 ölüm faktı qeydə alınıb.

 

 

Son 24 saat ərzində yoluxmanın 48 faizdən çoxu Avropanın (167 303) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (114 932) ilə Cənub-Şərqi Asiya (33 299) bölüşür.

 

sss