Zalkaliani: Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı əməkdaşlıq bütün bölgə üçün əhəmiyyətlidir

Nazir Türkiyənin bütün beynəlxalq platformalarda Gürcüstanı dəstəklədiyini qeyd edib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 03 Mart 2021, 17:02

“Türkiyə ilə Gürcüstan arasında çox səmərəli münasibətlər mövcuddur. Onları daha da gücləndirəcəyik. İqtisadi, siyasi və mədəni sahələrdə dinamik əlaqələr mövcuddur".

 

İnterAz-ın məlumatına görə, bunu Gürcüstan xarici işlər naziri David Zalkaliani türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi ortaq mətbuat konfransında açıqlayıb.

 

Nazir Türkiyənin bütün beynəlxalq platformalarda Gürcüstanı dəstəklədiyini qeyd edib.

 

Zalkaliani buna görə Türkiyəyə minnətdarlığını bildirib.

 

“Strateji əməkdaşlığımızı gücləndirməliyik. Bölgədəki mövcud vəziyyəti müzakirə etdik və problemləri birlikdə həll edəcəyimizə əminik. Bu gün yeni formatlardan danışdıq. Bu formatlar ölkələrin suverenliyinə və ərazi bütövlüyünə əsaslanmalıdır. Üçtərəfli format - Azərbaycan, Türkiyə və Gürcüstan barədə də fikir mübadiləsi apardıq. Xəzər bölgəsindəki əməkdaşlığımız bütün bölgə üçün çox vacibdir", Zalkaliani qeyd edib.

sss