Həsən Ruhani: ABŞ-ın müraciət tərzi qismən dəyişib, amma ciddi addım atmayıb

Amerikanın yeni hökumətinin danışıq və müraciət tərzi azacıq dəyişib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 03 Mart 2021, 14:21

“Amerikanın yeni hökumətinin danışıq və müraciət tərzi azacıq dəyişib. Onlar sabiq hökumətin addımlarının səhv olduğunu bildirirlər. Hətta əməli şəkildə bir addım atıb, BMT-ə, İrana qarşı sanksiyaların tələb edilməsilə bağlı məktubu geri götürüblər. Amma onlar bizim və millətimizin əsas tələbi olan sanksiyaların götürülməsində ciddi addım atmayıblar.”

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu İranın prezidenti Həsən Ruhani deyib.

 

Bu gün Nazirlər kabinetinin toplantısında çıxışı zamanı Həsən Ruhani nüvə sazişi ətrafında baş verən proseslərə münasibət bildirib və ABŞ-ın danışıq tərzinin azacıq yumşalmaya doğru getdiyini bildirib.

 

Lakin bununla yanaşı o bildirib ki, İranın əsas tələbi olan, sanksiyaların aradan qaldırılması məsələsində ABŞ tərəfindən ciddi addım atılmayıb.

 

Həsən Ruhani eyni zamanda İran Parlamentindən və ölkənin “Məsləhət Şurası”ndan tələb edib ki, beynəlxalq maliyyə köçürmələrini asanlaşdıran “FATF layihələri”ni təsdiq etsinlər.

 

sss