General Mohsin Rezayi: Qarabağda Azərbaycan ordusundan başqa heç bir ordu olmamalıdır

...“Qarabağ Azərbaycana məxsus olub və olacaq"

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 03 Mart 2021, 12:58

“Qarabağ Azərbaycana məxsus olub və olacaq.”  

 

İnterAz SalamNews-a istinadən xəbər verir ki, bunu İranın “Məsləhət Şurası”nın katibi Sepah generalı Mohsin Rezayi özünün rəsmi tvitter səhifəsində yazıb.

 

Sepahın sabiq komandanı qeyd edib ki, Qarabağda heç bir xarici qüvvə olmamalı və orada yalnız Azərbaycan ordusu olmalıdır. 

 

"Qarabağın idarəçiliyi ilə bağlı hər hansı bir təklif yalnız Azərbaycan dövləti tərəfindən qəbul edilməlidir", deyə general əlavə edib.

sss