İsrail İrandan BMT Təhlükəsizlik Şurasına şikayət edib

İsrail Oman dənizində gəmisinin hədəfə alınmasına görə İranı ittihamlandırıb və BMT TŞ-a şikayət edib...

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 03 Mart 2021, 11:54

 İsrail Oman dənizində gəmisinin hədəfə alınmasına görə İranı ittihamlandırıb və BMT TŞ-a şikayət edib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, İsrailin BMT-dəki səfiri Qilad Erdan Təl-Əvivin etiraz və şikayət məktubunu BMT TŞ-a təqdim edib.

 

İsrail tərəfi bildirib ki, ötən həftə Oman dənizində gəmiyə hücumun arxasına İran durur.

 

İsrail səfiri BMT TŞ-nın nümayəndələrindən bu əməlin pilənilməsini istəyib.

 

Q. Erdan bildirib ki, “İsrail əlində olan imkanlarından istifadə edərək, vətəndaşlarını və suverenliyini qoruyacaq.”

 

Qeyd edək ki, ötən gün İran tərəfi İsrailin addımlarını izlədiyini bildirib və “milli mənafeyinə qarşı həyata keçiriləcək hər hansı bir axmaqlığı” cavablandıracağını bəyan edib.

sss