İranın cənub-qərbində təhlükəsizlik qüvvələrinə hücum edilib, yaralananlar var

İranın Pakistanla sərhədində yerləşən Səravan rayonunda təhlükəsizlik qüvvələrinin maşınlarına hücum edilib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 03 Mart 2021, 10:06

İranın Pakistanla sərhədində yerləşən Səravan rayonunda təhlükəsizlik qüvvələrinin maşınlarına hücum edilib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, İslam İnqilabının Keşikçilər Ordusunun Səravan rayonunda mühəndis istehkam maşınlarına hücum edilib.

 

Rayonun sərhəd yaxınlığında yerləşən Bəm-Poşt kəndi ərazisində həyata keçirilən hücumda Sepah-ın təhlükəsizlik qüvvələrindən ikisi yaralanıb.

 

BBC hücumun “Ceyşul-Ədl” terror təşkilatı tərəfindən həyata keçirildiyi bildirir.

 

Qeyd edək ki, ötən həftə bölgədə yanacaq qaçaqçıları ilə İran sərhədçiləri arasında atışma baş vermiş, yanacaq qaçaqçılarından 10-dan çoxu ölmüş və yaralanmışdı.

sss