Lavrov Rusiyanın ABŞ-ın sanksiyalarına cavab verəcəyini vəd edib

Moskva Vaşinqtonun mümkün yeni anti-Rusiya sanksiyalarına cavab verəcək...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 02 Mart 2021, 17:09

Moskva Vaşinqtonun mümkün yeni anti-Rusiya sanksiyalarına cavab verəcək.

 

İnterAz "RT"yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlayıb.

 

“Birmənalı şəkildə reaksiya verəcəyik. Diplomatiya qaydalarını heç kim ləğv etməyib. Diplomatiyanın qaydalarından biri qarşılıqlı adıdmlardır", Lavrov Özbəkistan Xarici İşlər naziri Əbdüləziz Kamilovla keçirilən mətbuat konfransında bəyan edib.

 

Lavrovun sözlərinə görə, Rusiya tərəfi dəfələrlə qeyri-qanuni birtərəfli sanksiyalara münasibətini bildirib.

 

Qeyd edək ki, fevral ayının sonunda Ağ Evin sözçüsü Jen Psaki bildirmişdi ki, ABŞ “həftələr içində” Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər.

sss