İran “danışıq pəncərəsi”nin bağlana biləcəyi haqda ABŞ-a xəbərdarlıq edib

“İran Amerika üçün fürsət hesab edilən danışıq pəncərələrinin bağlanacağı ilə bağlı xəbərdarlıq edir.”..

Bakı, Gülnarә Quliyeva, İnteraz - 02 Mart 2021, 16:59

“İran Amerika üçün fürsət hesab edilən danışıq pəncərələrinin bağlanacağı ilə bağlı xəbərdarlıq edir.”

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu İran Hökumətinin sözçüsü Əli Rəbii deyib.

 

Bu gün keçirilən mətbuat konfransında nüvə sazişi ətrafında baş verən proseslərə münasibət bildirən Əli Rəbii qeyd edib ki, ABŞ üçün fürsət hesab edilən danışıq pəncərələri bağlanmaqdadır.

 

“İranın gözlədiyinin əksinə addımların atılması danışıq və fürsət pəncərələrini sürətlə bağlayır”, deyə o, bildirib ki, ABŞ hökumətinin etiraf etdiyi kimi bu dövlətin maksimum təzyiq və sanksiya siyasəti nəticə verməyib.

 

Qeyd edək ki, ABŞ danışıqlar məqsədilə 5+1 formatına qayıtmaq təklifini irəli sürüb. İran isə sanksiyalar götürülmədən ABŞ-ın olduğu qrupla danışığa getməyəcəyini bildirib.

 

sss