Bu il həcc mərasiminə yalnız koronavirusa qarşı peyvənd vuranlar qatıla biləcək

Səudiyyə Ərəbistanı bu ilin həcc mərasiminə yalnız koronavirus vaksinindən istifadə edənlərin qatıla biləcəklərini bildirib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 02 Mart 2021, 15:25

Səudiyyə Ərəbistanı bu ilin həcc mərasiminə yalnız koronavirus vaksinindən istifadə edənlərin qatıla biləcəklərini bildirib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bəyanat verib.

 

Bildirilib ki, bu il həcc mərasiminə yalnız Covid-19 vaksinini vurmuş insanlar qatıla biləcəklər.

 

O əlavə edib ki, koronavirusa qarşı peyvənd həcc mərasiminin əsas şərtlərindən biri olacaq.

 

Qeyd edək ki, ötən ilin həcc mərasimi yalnız 3,500 nəfərin iştirakı və koronavirusla bağlı məhdudiyyətlərin tətbiq edilməsilə həyata keçirilmişdi.

sss