Rusiyada son sutkada 441 nəfər COVID-19-dan ölüb

Rusiyada son bir gündə daha 10 565 nəfərə COVID-19 diaqnozu qoyulub...

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 02 Mart 2021, 13:14

Rusiyada son bir gündə daha 10 565 nəfərə COVID-19 diaqnozu qoyulub.

 

İnterAz xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

 

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 268 215 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 441 nəfər artaraq 86 896-ya yüksəlib.

 

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 838 040 nəfər sağalıb.

sss