ABŞ İranla 5+1 formatında danışıqlar üçün yenidən təklif irəli sürüb
İranın nüvə silahını əldə etməsinin qarşısını almaq üçün ən yaxşı yol, diplomatik danışıqlardır...
Bakı, Gülnarә Quliyeva, İnteraz - 02 Mart 2021, 10:45
“İranın nüvə silahını əldə etməsinin qarşısını almaq üçün ən yaxşı yol, diplomatik danışıqlardır. Nüvə sazişi ilə bağlı 5+1 formatında danışıqlara qayıtmaqla məsələsində İranın rədd cavabı ümidsizliyə səbəb olsa da yenə bu format çərçivəsində danışıqlara qayıtmaq təklifi qüvvəsində qalır.”
İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu ABŞ-ın Dövlət Katibliyinin sözçüsü Ned Prays deyib.
Ötən gün verdiyi açıqlamasında danışıqlara qayıtmaqla bağlı təklifə İran tərəfindən rədd cavabının verildiyini və bunun ümidsizliyə səbəb olduğunu deyən Ned Prays, 5+1 formatında müzakirələrin yenidən qüvvədə olduğunu bildirib.
Qeyd edək ki, İran sanksiyalar götürülmədən ABŞ-ın olduğu qrupla danışıqlar aparmayacağını bildirib.
Əlavə edək ki, ABŞ hökuməti nüvə sazişinə qayıtmaq vədi versə də hələ sanksiyaları aradan qaldırmayıb. Buna cavab olaraq İran nüvə sazişindəki öhdəliklərini azaldıb.