Lukaşenko oğlunu vəzifəsindən kənarlaşdırıb

Belarusiya Prezidenti Aleksandr Lukaşenko oğlu, milli təhlükəsizlik məsələləri üzrə müşaviri Viktor Lukaşenkonu istefaya göndərib...

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 02 Mart 2021, 10:14

Belarusiya Prezidenti Aleksandr Lukaşenko oğlu, milli təhlükəsizlik məsələləri üzrə müşaviri Viktor Lukaşenkonu istefaya göndərib.

 

İnteAz xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

 

"Viktor Lukaşenko başqa vəzifəyə keçməsi ilə əlaqədar olaraq Belarus Prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisi vəzifəsindən azad edilib",

açıqlamada deyilir.

 

Mətbuat xidmətinin məlumatına görə, Viktor Lukaşenkoya növbəti hərbi rütbə, "ehtiyatda olan general-mayor" rütbəsi verilib.

sss