Dünyada son sutkada koronavirusa 347 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutka ərzində 347 981 nəfər koronavirusa yoluxub, 7 238 nəfər ölüb...

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 02 Mart 2021, 09:30

Dünyada son sutka ərzində 347 981 nəfər koronavirusa yoluxub, 7 238 nəfər ölüb. 

 

İnterAz TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

 

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 113 830 168 yoluxma hadisəsi, 2 527 891 ölüm faktı qeydə alınıb.

 

Son 24 saat ərzində yoluxmanın 48 faizdən çoxu Şimali və Cənubi Amerikanın (169 603) payına düşür. Digər yerləri isə Avropa (109 136) və Cənub-Şərqi Asiya (30 158) bölüşür.


 

sss