Kreml: Paşinyan Putinlə söhbətdən sonra “İsgəndər”lə bağlı səhv fikirdə olduğunu anladı

...Bu məsələ ilə bağlı həqiqətin bərpa olunması çox vacibdir

Bakı, Gülnarә Quliyeva, İnteraz - 01 Mart 2021, 15:16

Kreml Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından sonra “İsgəndər” raketlərinin effektivliyi ilə bağlı onun yanlış məlumatlandırılması qənaətinə gəlməsindən məmnundur.

 

İnterAz-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

 

“Bu məsələ ilə bağlı həqiqətin bərpa olunması çox vacibdir”, - deyə D. Peskov vurğulayıb.

 

Qeyd edək ki, Ermənistan Baş nazirinin mətbuat katibi Mane Gevorqyan  N. Paşinyanın Rusiyanın “İsgəndər” operativ-taktiki raketlərinin effektivliyi ilə bağlı yanlış məlumatlandırıldığını və bu məsələnin Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı müzakirə olunduğunu bildirib. 

sss