Gürcüstan müxalifəti genişmiqyaslı etiraz aksiyası keçirir

Tbilisidə müxalifət partiyaları Gürcüstan hökumət binası qarşısında mitinq keçirir...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 23 Fevral 2021, 16:50

Tbilisidə müxalifət partiyaları Gürcüstan hökumət binası qarşısında mitinq keçirir.

 

İnterAz yerli KİV-lərə istinadən xəbər verir ki, etirazçılar "Vahid Milli Hərəkat" partiyasının rəhbəri Nika Melianın həbsinə etiraz edirlər.

 

Etirazçılar Melianın azadlığa buraxılmasını və erkən seçkilərin keçirilməsini tələb edirlər.

 

Polis qüvvələri əraziyə cəlb edilib, təhlükəsizlik tədbirləri gücləndirilib.