Əfqanıstanda sülh danışıqları dövründə terror aktları nəticəsində ölənlərin sayı açıqlanıb

.. bu barədə BMT-nin Əfqanıstanla bağlı hesabatında deyilir

Bakı, Gülnarә Quliyeva, İnteraz - 23 Fevral 2021, 15:36

2020-ci ilin əvvəlindən başlayan və indiyə qədər də davam edən sülh danışıqları Əfqanıstanda terror aktlarının və partlayışların qarşısını ala bilməyib. Ötən il ərzində ölən mülki insanların sayı üç mindən çoxdur.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstanla bağlı hesabatında deyilir.

 

Bəyanatda bildirilib ki, ötən ilin əvvəlindən başlayan sülh danışıqları ölkədə zorakılığın, qarşılıqlı hücumların, terror aktları və partlayışların azalmasına elə də təsir göstərməyib.

 

Əlavə edilib ki, təkcə ötən ildə həyata keçirilən terror hücumları və partlayışlarda mülki insanlardan 3,035 nəfər ölüb və 5,785 nəfər yaralanıb.

 

Bu rəqəm 2019-cu illə müqayisədə yalnız 15 faiz azalmanın olduğundan xəbər verir.

 

Bu isə o deməkdir ki, ötən ilin əvvəlindən başladılan və hələ də davam edən sülh danışıqları istənilən nəticəni verməyib.

 

Qeyd edək ki, Tlaiban hərəkatı ötən il ABŞ-la sülh sazişi əldə edib, lakin Əgfqanıstandaxili danışıqlar hələ də nəticə verməyib.