Tehranda həyacan siqnallarının işə düşməsi səbəbi açıqlanıb

...Tehran Qubernatorluğundan verilən məlumata əsasən həyəcan siqnalının işə düşməsi, texniki nasazlıqdan baş verib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 30 Yanvar 2021, 10:23

Ötən gecə Tehranın qərbində həyəcan siqnalı işə düşüb. Eyni zamanda Türk Hava Yollarının Tehrana yollanan təyyarəsi hərəkət istiqamətini Bakıya doğru dəyişib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Tehran Qubernatorluğundan verilən məlumata əsasən həyəcan siqnalının işə düşməsi, texniki nasazlıqdan baş verib.

 

Tehranın İmam Xomeyni adına Beynəlxalq Hava Limanının İctimaiyyətlə əlaqələr şöbəsi, Türk Hava Yolları təyyarəsinin Tehrandan istiqamətini dəyişib Bakıya getməsini, paytaxtda eniş üçün münasib hava şəraitinin əl verməməsi ilə əlaqələndirib.

 

Qeyd edilib ki, bir neçə saat sonra İranın Mahan Air və İran Air şirkətlərinə məxsus təyyarələr hava limanına problem olmadan eniş ediblər.

 

Eyni zamanda İmam Xomeyni adına Beynəlxalq Hava Limanının İctimaiyyətlə əlaqələr şöbəsi Tehran səmasında hər hansı bir təyyarənin qəzaya uğraması ilə bağlı xəbərləri təkzib edib.