Rusiya fondu “Sputnik V” peyvəndinin Türkiyədə istehsalına dair razılığa gəlib

Rusiya birbaşa sərmayələr fondu koronavirusa qarşı “Sputnik V” peyvəndinin Türkiyədə istehsalına dair razılığa gəlib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 23 Yanvar 2021, 16:49

Rusiya birbaşa sərmayələr fondu koronavirusa qarşı “Sputnik V” peyvəndinin Türkiyədə istehsalına dair razılığa gəlib. Müqavilə Türkiyənin aparıcı əczaçılıq malları istehsalçısı ilə imzalanıb. Fond artıq texnologiyanın nəqlinə start verib.

 

“Şirkət ilə qarşılıqlı əməkdaşlıq Rusiya birbaşa sərmayələr fondunun “Sputnik V” peyvəndinin xarici bazarlara çıxarılması fəaliyyətləri çərçivəsində həyata keçirilir”, - Fonddan RİA Novosti-yə bildiriblər.

 

İstehsalın potensial həcmi ildə milyon peyvənd dozası təşkil edir.

 

İnterAz xəbər verir ki, gələcəkdə istehsalın genişləndirilməsi ehtimalları müzakirə edilir.