Pekində ÜST normasından 8 dəfə artıq hava çirkliliyi qeydə alınıb

Qara dumana səbəb olan PM 2,5 xırda bərk hissəciklərinin orta sutkalıq miqdarı şənbə günü Pekində bir kibmetr üçün 189 mikroqram təşkil edib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 23 Yanvar 2021, 16:33

 Qara dumana səbəb olan PM 2,5 xırda bərk hissəciklərinin orta sutkalıq miqdarı şənbə günü Pekində bir kibmetr üçün 189 mikroqram təşkil edib.

 

Xatırladaq ki, Ümumdünya səhiyyə təşkilatının (ÜST) müəyyən etdiyi maksimal miqdar 25 mikroqramdır.

 

İnterAz-ın TASS-a istinadən verdiyi xəbərə görə, Pekin ətraf mühitin mühafizəsinin monitorinqi mərkəzinin verdiyi məlumatda belə deyilir. Yerli vaxtla saat 10:00-da şəhərin bəzi yerlərində bu göstərici hətta 197 mikroqrama qədər qalxıb. Proqnozlara əsasən, havanın keyfiyyəti gələn həftənin ikinci günü yaxşılaşacaq.