Ermənistanda yol qəzasında rusiyalı əsgər ölüb

Ermənistandakı Rusiya hərbi bazasında müqavilə əsasında xidmət edən rusiyalı hərbçi Gümrüdə baş verən yol qəzasında ölüb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 23 Yanvar 2021, 15:17

Ermənistandakı Rusiya hərbi bazasında müqavilə əsasında xidmət edən rusiyalı hərbçi Gümrüdə baş verən yol qəzasında ölüb.

 

İnterAz xəbər verir ki, bu barədə Cənubi Hərbi Dairənin mətbuat xidmətindən TASS-a məlumat verilib.

 

“Gümrü qarnizonunun komandanlığı, Ermənistan Respublikasının hüquq-mühafizə orqanları ilə birlikdə Gümrü şəhərində hərbi qulluqçunun iştirakı ilə baş verən yol nəqliyyat hadisəsini araşdırır", məlumatda deyilir.