Yəməndən Səudiyyə Ərəbistanın paytaxtına ballistik raket atılıb

...bu gün Yəmən tərəfindən atılan obyekt ər-Riyad səmasında vurulub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 23 Yanvar 2021, 14:31

Yəməndən Səudiyyə Ərəbistanın paytaxtına ballistik raket atılıb. Paytaxt ətrafında yerləşdirilən Patriot havadan müfdiə sistemləri hərəkətə keçib.

 

İnterAz-ın SalamNews-a istinadən xəbərinə görə, bu barədə Səudiyyə Ərəbistanın mətbuatı məlumat verib.

 

Bildirilib ki, bu gün Yəmən tərəfindən atılan obyekt ər-Riyad səmasında vurulub.

 

Qeyd edək ki, Yəmən paytaxtını və əksər əyalətləri nəzarətdə saxlayan “Yəmən Ordusu və Xalq Komitələri” (husilər) Səudiyyə Ərəbistanın hava zərbələrinə cavab olaraq, qarşı tərəfə cavab verəcəklərini bildirmişdilər.

 

Xatırladaq ki, Səudiyyə Ərəbistanı və rəhbərlik etdiyi siyasi koalisiya 2015-ci ilin martından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıblar.