Suriya İsrailin raket zərbələri və mülki insanların ölümü ilə bağlı beynəlxalq təşkilatların sükutunu pisləyib

...bu barədə Suriyanın Xarici İşlər Nazirliyi bəyanat verib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 23 Yanvar 2021, 14:04

Rəsmi Dəməşq İsrailin Suriyaya raket zərbələri endirməsi və burada mülki insanların ölümü haqda heç bir beynəlxalq rəsmi mövqeyin bildirilməməsini kəskin pisləyib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə Suriyanın Xarici İşlər Nazirliyi bəyanat verib.

 

Bu bəyanatda, cari ayın 21-də Suriyanın Həma əyalətinə İsrail tərəfindən raket zərbələrinin endirildiyi, bu hücum nəticəsində bir ailənin 4 üzvünün öldüyü və digər üçünün yaralandığı bildirilib.

 

Əlavə edilib ki, Suriya hökuməti bu hücuma bütün qanuni və legitim yollarla cavab vermək haqqına sahibdir.

 

Qeyd edilib ki, dünya dövlətlərinin, beynəlxalq təşkilatların və insan hüquqlarından danışan tərəflərin bu məsələdə susması və danışmaması çox kəskin şəkildə pislənilir.