ÜST COVID-19-un yeni növündən ölüm sayının artmasına münasibət bildirib

...Əgər ötürülmə qabiliyyəti artarsa, yoluxmaların da sayı artır

Bakı, Gülnarә Quliyeva, İnteraz - 23 Yanvar 2021, 13:35

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təcili xəstəliklər bölməsinin texniki qrupunun rəhbəri Maria Van Kerkxove İngiltərə Baş naziri Boris Consonun COVID-19 koronavirusunun yeni növündən ölüm ehtimalının daha yüksək olmasında dair açıqlamasına münasibət bildirdib.

 

İnterAz RT-yə istinadən xəbər verir ki, ÜST-ün brifinqi Twitter-də yayımlanıb.

 

“Əgər ötürülmə qabiliyyəti artarsa, yoluxmaların da sayı artır. Əgər yoluxma da çoxalırsa xəstəxanaya yerləşdirilənlərin sayı artır ... Səhiyyə sistemində həddindən artıq yüklənmə yaranan vəziyyətdə də ölüm sayı yüksəlir",  deyə ekspert qeyd edib.

 

İngiltərə Baş naziri Boris Conson "İngiltərə" koronavirus növünü adi  SARS-CoV-2-dən daha ölümcül adlandırıb.

 

Brifinqdə təqdim olunan məlumatlara görə, adi növə yoluxan 1000 nəfərdən 10-u, mutasiya edilmişə yoluxanlardan isə 13-14 nəfəri ölür.