Rusiyada son sutkada 21 minə yaxın insan COVID-19-a yoluxub

...Rusiyada son bir gündə daha 20 921 nəfərə COVID-19 diaqnozu qoyulub

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 23 Yanvar 2021, 12:29

Rusiyada son bir gündə daha 20 921 nəfərə COVID-19 diaqnozu qoyulub.

 

İnterAz xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

 

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 696 273 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 559 nəfər artaraq 68 971-yə yüksəlib.

 

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 109 315 nəfər sağalıb.