Türkiyə COVID-19-un yeni növünün yayılmasına görə Braziliya ilə uçuşları dayandırıb
... bunu ölkənin səhiyyə naziri Fahrettin Koca Twitter-də açıqlayıb
Bakı, Gülnarә Quliyeva, İnteraz - 23 Yanvar 2021, 11:17
Türkiyə, koronavirusun mutasiya edilmiş növünə yoluxma hallarının artması fonunda cümə günündən Braziliyadan uçuşları dayandırıb.
İnterAz-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca Twitter-də açıqlayıb.
Nazir, daha əvvəl koronavirusun yeni növü səbəbiylə İngiltərə, Danimarka və Cənubi Afrikadan uçuşların dayandırıldığını xatırladıb.