Bağdadda ABŞ qüvvələrinin olduğu qərargaha raketlər atılıb

Bağdadın hava limanı yaxınlığında yerləşən ABŞ qüvvələrinin olduğu ən-Nasr (Viktoriya) qərargahına raketlər atılıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 23 Yanvar 2021, 10:58

Bağdadın hava limanı yaxınlığında yerləşən ABŞ qüvvələrinin olduğu ən-Nasr (Viktoriya) qərargahına raketlər atılıb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, ötən gecə Bağdadda ABŞ qüvvələrinin olduğu “ən-Nəsr” qərargahına 4 ədəd “katyuşa” raketi atılıb.

 

ABŞ qüvvələrinin qərargahda yerləşdirdiyi “C-RAM” havadan müdafiə sistemi hərəkətə keçib.

 

Bu hücumu hələ heç bir qrup üzərinə götürməyib.

 

Hücumun xəsarət və ziyanları barədə hələ məlumat yoxdur.