Trampın impiçment prosesinin başlayacağı tarix müəyyənləşib
...ABŞ keçmiş prezidenti Donald Trampa qarşı impiçment prosesi fevralın 8-də başlayacaq
Bakı, Gülnarә Quliyeva, İnteraz - 23 Yanvar 2021, 10:37
ABŞ keçmiş prezidenti Donald Trampa qarşı impiçment prosesi fevralın 8-də başlayacaq.
İnterAz-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bunu Senatda əksəriyyətin lideri, demokrat Çak Şumer bildirib.
"Nümayəndələr Palatası ittihamçıları 25 yanvar axşam saat 19-da impiçment maddələrini təqdim edəcək. Tərəflər 8 fevraldan etibarən çıxışlara başlayacaq", Şumer Senatdakı çıxışında bildirib.
İki həftə ərzində hər iki tərəfin - ittihamçı və müdafiə tərəfinin prosesə hazırlaşmaq və proses üçün xüsusi sənədlərdə mövqelərini formalaşdırmaq fürsəti olacaq.