Pompeo Çini Sincanda soyqırım törətməkdə ittiham edir

...Hesab edirəm ki, soyqırım davam edir və biz Çinin uyğurları məhv etmək istiqamətində sistematik cəhdlərini izləyirik

Bakı, Gülnarә Quliyeva, İnteraz - 20 Yanvar 2021, 17:36

 ABŞ Dövlət Katibi Mayk Pompeo, Çini Sincan Uyğur Muxtar Bölgəsindəki uyğurlar və digər etnik və dini azlıqlara qarşı soyqırım törətməkdə ittiham edib. 

 

İnterAz-ın İnterfaks-a istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamenti açıqlama verib.

 

"Mən ÇXR-nin Kommunist Partiyasının rəhbərliyi və nəzarəti altında uyğurlara, əsasən də müsəlmanlar və Sincandakı digər etnik və dini azlıqların nümayəndələrinə qarşı soyqırım tərətdiyini  təsbit etdim", açıqlamada deyilir.

 

Pompeo, Çinin Sincanda insanlığa qarşı cinayətlərə görə də məsuliyyət daşıdığını qeyd edib:

 

"Hesab edirəm ki, soyqırım davam edir və biz Çinin uyğurları məhv etmək istiqamətində sistematik cəhdlərini izləyirik".

sss