Çavuşoğlu Azərbaycan və Türkiyənin Ermənistanla münasibətlər qurmasının şərtini açıqlayıb

Atəşkəs davamlı olarsa, Türkiyə və Azərbaycan olaraq Ermənistanla münasibətləri normallaşdırmaq üçün addımlar ata bilərik...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 18 Yanvar 2021, 17:14

Atəşkəs davamlı olarsa, Türkiyə və Azərbaycan olaraq Ermənistanla münasibətləri normallaşdırmaq üçün addımlar ata bilərik.

 

İnterAz Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı Hayko Maasla birgə keçirilən mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, Dağlıq Qarabağda atəşkəs əldə edilib: "Bu önəmli fürsəti əldən verməmək lazımdır. Atəşkəs davamlı olarsa, Türkiyə və Azərbaycan olaraq Ermənistanla münasibətləri normallaşdırmaq üçün addımlar ata bilərik".