Koronavirusa yoluxan Ermənistan prezidenti xəstəxanaya yerləşdirilib
...Ermənistan prezidenti Armen Sarkisyan xəstəxanaya yerləşdirilib
Bakı, Nərgiz Qəhramanova, İnteraz - 13 Yanvar 2021, 12:30
Ermənistan prezidenti Armen Sarkisyan xəstəxanaya yerləşdirilib.
İnterAz-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxan Ermənistan prezidenti yüksək hərarət və ağ ciyərlərinin ikitərəfli pnevmoniyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.