İranda koronavirusdan ölənlərin sayı 46 mini keçib

...bununla da İranda bu virusdan ölənlərin sayı 46 207 nəfərə çatıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 25 Noyabr 2020, 14:52

İranda ötən sutka ərzində 469 nəfər koronavirusdan (COVID 19) ölüb.

 

İnterAz-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 46 207 nəfərə çatıb.

 

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 13 843 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 894 385 nəfərə yüksəlib.  

 

İranda indiyədək 625 606 nəfər koronavirusdan sağalıb. Virus daşyıcılarından 5 832 nəfərin vəziyyəti ağır qiymətləndirilir.