Türkiyə istehsalı koronavirus peyvəndi aprel ayında istifadəyə verilə bilər

“Öz peyvəndimizlə bağlı vacib bir mərhələyə gəlmişik”...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 25 Noyabr 2020, 14:41

“Öz peyvəndimizlə bağlı vacib bir mərhələyə gəlmişik”.

 

İnterAz Anadolu-ya istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə Ədalət və İnkişaf Partiyasının bu gün keçirilən iclasında açıqlama verib.

 

“Peyvəndimizi ən gec aprel ayına qədər tətbiqetmə səviyyəsinə gətirməyi planlaşdırırıq. İnkişaf etdirdiyimiz peyvəndi bütün bəşəriyyətin xidmətinə təqdim etməyi düşünürük”,-deyə Ərdoğan qeyd edib.