Həsən Ruhani Donald Trampın seçkilərdə məğlubiyyətinin səbəblərindən danışıb

Trampın məğlub olma səbəbi, səhv xarici siyasət, irqçi addımları, səhv hərbi və səhiyyə addımları, aldadıcı hesab etdiyi populist rəftarı idi...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 25 Noyabr 2020, 12:34

“Trampın məğlub olma səbəbi, səhv xarici siyasət, irqçi addımları, səhv hərbi və səhiyyə addımları, aldadıcı hesab etdiyi populist rəftarı idi. Allaha şükür ki, bu şərr Amerikanın və region ölkələri xalqlarının üzərindən götürüldü.”

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu İranın prezidenti Həsən Ruhani bu gün nazirlər kabinetinin toplantısında çıxışı zamanı deyib.

 

Həsən Ruhani Trampın seçkilərdə məğlub olmasının səbəblərini açıqlayaraq, növbəti ABŞ administrasiyası tərəfindən oxşar addımların təkrar edilməməsini istəyib.

 

O bildirib ki, səhv xarici siyasət, irqçi rəftar, səhv hərbi və səhiyyə addımları, aldadıcı hesab etdiyi populist rəftarlar bu məğlubiyyətə səbəb olmuşdur.

 

Həsən Ruhani əlavə edib:

 

“ABŞ-ın gələcək Administrasiyası o qədər böyük addımlar atmalıdır ki, öncəki Tramp Administrasiyasının aradan apardığı simanı bərpa edə, sabiq səhvləri aradan qaldıra bilsin. Ümidvarıq gələcək ABŞ hökuməti Trampın İrana qarşı siyasətini açıq-aşkar şəkildə məhkum etsin, son 4 ildə İrana qarşı səhv siyasətiinin bədəli ödəsin.”