Rusiyada son sutkada 23 675 nəfər koronavirusa yoluxub

...Rusiyada son sutka ərzində daha 23 675 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 25 Noyabr 2020, 12:18

Rusiyada son sutka ərzində daha 23 675 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

 

İnterAz-ın Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 2 162 503 nəfərə çatıb.

 

Son sutka ərzində 507 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 37 538 nəfərə çatıb.

 

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.