Səudiyyə Ərəbistanın təşkilatçılığı ilə G20-nin ölkə başçıları bir araya gələcək

Səudiyyə Ərəbistanının təşkilatçılığı ilə, G20 ölkələri liderlərinin virtual zirvə toplantısının işi bu gün başlayacaq...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 21 Noyabr 2020, 15:58

Səudiyyə Ərəbistanının təşkilatçılığı ilə, G20 ölkələri liderlərinin virtual zirvə toplantısının işi bu gün başlayacaq. Toplantının gündəliyi əsasən koronavirus pandemiyasına qarşı mübarizə və onun nəticələrini həll etmək olacaq.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, dünyanın ən böyük 20 iqtisadiyyatının liderləri arasında danışıqların gündəliyində, loronavirusa qarşı peyvənd və dərman alqı-satqısı və bu xərcləri tək ödəyə bilməyən az gəlirli ölkələrdə tibbi müayinələrin aparılması və yardımların göstərilməsi yer alacaq. 

 

Pandemiya ilə mübarizə sahəsində qlobal əməkdaşlıq görüşün əsas mövzusu olacaq və Avropa Birliyinin G20 ölkələrini bu mövzuda kömək üçün 4,5 milyard dollar sərmayə yatırmağa çağıracağı gözlənilir.