Makron Türkiyə və Rusiyanı Afrikada anti-fransız əhval-ruhiyyəsini təhrik etməkdə ittiham edib

...Makronun sözlərinə görə, "bəzən Afrika liderlərinin rəhbərlik etdiyi strategiya işləyir, amma ilk növbədə Rusiya və ya Türkiyə kimi xarici güclərin bunda əli var"

Bakı, Gülnarә Quliyeva, İnteraz - 21 Noyabr 2020, 10:50

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Rusiya və Türkiyə Afrikada anti-fransız əhval-ruhiyyəsini təhrik etmək üçün strategiya həyata keçirir, bununla bağlı o hər iki ölkəni tənqid edib. 

 

İnterAz-ın "Anadolu"ya istinadla verdiyi xəbərə görə, Fransa lideri "Jeune Afrique" qəzetinə verdiyi müsahibəsində bildirib.

 

Makronun sözlərinə görə, "bəzən Afrika liderlərinin rəhbərlik etdiyi strategiya işləyir, amma ilk növbədə Rusiya və ya Türkiyə kimi xarici güclərin bunda əli var".

 

“Biz sadəlövh olmamalıyıq. Fransız dilli mediada yazanların, videolar çəkənlərin bir çoxunun sponsoru Rusiya və ya Türkiyədir", o bildirib.