Yəmən münaqişəsi tərəflərinin əsirlərin mübadiləsinin birinci mərhələsi baş çatıb

...Yəmənlə bağlı münaqişənin tərəfləri ümumilikdə 1,081 əsir və məhbusu qarşılıqlı şəkildə azad ediblər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 17 Oktyabr 2020, 16:16

Yəmənlə bağlı münaqişənin tərəfləri ümumilikdə 1,081 əsir və məhbusu qarşılıqlı şəkildə azad ediblər.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, aralarında 15 Səudiyyə, iki ABŞ, və 4 sudanlı olmaqla son 5 gündə ümumilikdə 1,081 əsir və məhbusun mübadiləsi həyata keçirilib.

 

BMT Yəməndə münaqişə tərəflərinin həyata keçirdiyi əsir və məhbusların mübadiləsi prosesini alqışlayıb və onun davam etdirilməsini istəyib.

 

Qeyd edək ki, bu mübadilələrin birində iki ABŞ vətəndaşının qarşılığında 200 civarında yəmənli azad edilmişdi.