İranda son sutkada 169 nəfərin koronavirusdan ölümü qeydə alınıb

...İranda son sutkada 169 nəfərin koronavirusdan ölümü qeydə alınıb və bu rəqəm ümumilikdə 19,331-ə çatıb

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 14 Avqust 2020, 15:01

İranda son sutkada 169 nəfərin koronavirusdan ölümü qeydə alınıb və bu rəqəm ümumilikdə 19,331-ə çatıb.

 

İnterAz xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Sadat-Lari deyib.

 

İran rəsmisi bildirib ki, son 24 saat ərzində ölkədə 169 nəfərin koronavirusdan ölümü qeydə alınıb və bu rəqəm ümumilikdə 19,331-ə çatıb.

 

Onun sözlərinə görə son sutkada ölkədə 2,501 nəfərin Covid-19 virusuna yoluxması qeydə alınıb və bu rəqəm ümumilikdə 338,825-ə çatıb.

 

İranda 2 milyon,812 min insan koronavirus testindən keçib və yoluxmuşlardan artıq 293 mini sağalıb.