Lukaşenko Belarusu tərk etdiyinə dair xəbərləri təkzib edib

...Mən hələ də sağam və xaricdə deyiləm

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Avqust 2020, 14:51

Belarus lideri Aleksandr Lukaşenko ölkə ərazisində aksiyaların keçirilməsinə dair çağırışları şərh edərkən ölkəni tərk etdiyi barədə məlumatları təkzib edib. 

 

"İlk növbədə: Mən hələ də sağam və xaricdə deyiləm. Bəzilərinin "Prezident ölkəni tərk edib və xaricdədir" məlumatları yalandır", - dövlət başçısı bildirib.

 

İnterAz-ın məlumatına görə, o, müvafiq açıqlamanı tikinti sənayesinin işi ilə bağlı keçirilən iclasda verib.

 

"Bu gün ayın 14-düdür, inşaat sənayesinin işlərini müzakirə etmək üçün görüşürük", o deyib.

 

Qeyd edək ki, bundan əvvəl Lukaşenkonun ölkədəki etiraz aksiyaları zamanı baş verən həbs faktlarını araşdırmağa dair tapşırıq verdiyi xəbər verilirdi.