Tramp BƏƏ və İsrailin üç həftə ərzində sülh sazişini imzalayacağını gözləyir

...ABŞ prezidenti Donald Tramp hesab edir ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrail arasında ikitərəfli münasibətlərin tam normallaşmasına dair saziş üç həftə ərzində Vaşinqtonda imzalanacaq

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 14 Avqust 2020, 14:05

ABŞ prezidenti Donald Tramp hesab edir ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrail arasında ikitərəfli münasibətlərin tam normallaşmasına dair saziş üç həftə ərzində Vaşinqtonda imzalanacaq.

 

İnterAz-ın TASS-a istinadən verdiyi xəbərə görə, Tramp bu barədə mətbuat konfransında açıqlama verib.

 

Tramp İsrailin Baş naziri Benyamin Netanyahu və Əbu-Dabinin vəliəhd şahzadəsi Məhəmməd bin Zayed Al Nahyana minnətdarlığını bildirib.

 

"Yaxın günlərdə razılaşmanı imzalamaq üçün onları Vaşinqtonda qəbul edəcəyimi gözləyirəm. Hətta deyərdim ki, bu yaxın üç həftə ərzində baş tuta bilər. Başqa ölkələrlə çox maraqlı işlər görülür, bura sülh razılaşmaları da daxildir. Önümüzdəki həftələrdə çox vacib xəbərlər olacaq", ABŞ prezidenti bildirib.