Rusiyada koronavirusa yoluxma hallarının sayı 913 minə yaxınlaşıb

Rusiyada son sutkada koronavirusa (COVID-19) yoluxma hallarının sayı 5,065 artaraq 912,823-ə çatıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Avqust 2020, 13:48

Rusiyada son sutkada koronavirusa (COVID-19) yoluxma hallarının sayı 5,065 artaraq 912,823-ə çatıb.

 

İnterAz-ın verdiyi xəbərə görə, bu barədə virusun yayılmasına qarşı mübarizə üzrə əməliyyat qərargahından məlumat verilib.

 

Məlumata görə, on üçüncü gündür gündəlik artım 0,6 faizdən çox deyil.

 

Qeyd edilir ki, Moskvada 688, Sankt-Peterburqda 159, Moskva vilayətində 156, Sverdlovsk bölgəsində 154, Stavropol diyarında 130 yeni yoluxma aşkar edilib.

 

Hazırda ölkədə 174.361 nəfər koronavirusdan müalicə alır.

 

Koronavirus diaqnozu qoyulan xəstələrdən son sutkada 6568 nəfəri sağalıb, ümumilikdə sağalanların sayı 722.964 nəfərə çatıb.