Gürcüstan sərhədini qanunsuz keçməyə çalışan Ermənistan vətəndaşları saxlanılıb

...Gürcüstanın sərhəd polisi Ermənistandan bu ölkəyə qanunsuz keçməyə çalışan 4 nəfəri saxlayıb

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 14 Avqust 2020, 13:55

Gürcüstanın sərhəd polisi Ermənistandan bu ölkəyə qanunsuz keçməyə çalışan 4 nəfəri saxlayıb.

 

İnterAz-ın məlumatına görə, Ermənistan vətəndaşları olduğu müəyyən edilən şəxslər Gürcüstan ərazisinə sərhəd-keçid məntəqəsindən kənarda keçməyə cəhd göstərib.

 

Gürcüstan qanunvericiliyinə əsasən, həmin şəxslər 5 il müddətinədək həbs oluna bilər.

 

Hadisənin digər təfərrüatları məlum deyil.