İranın xarici işlər naziri Cavad Zərif Beyruta gedib

... İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Beyruta gedib

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 14 Avqust 2020, 13:10

 İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Beyruta gedib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Məhəmməd Cavad Zərifi Beyrut limanında onun livanlı həmkarı Şarbil Vahba qarşılayıb.

 

İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif bu gün Beyrutda bu ölkənin bir sıra rəsmilərilə görüşlər keçirəcək.

 

İran XİN rəhbərinin səfərinin gündəminə əsasən Beyrut partlayışının fəsadlarının aradan qaldırılması və ölkədə kritik siyasi durumun müzakirə edilməsi daxildir.

 

Qeyd edək ki, bu səfər, Beyrut partlayışından sonra İran hökuməti nümayəndələrinin Livana ilk rəsmi səfəridir.