Litva prezidenti Lukaşenkonu qanuni prezident saymaqdan imtina edib

Litva Prezidenti Gitanas Nauseda bildirib ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonu qanuni dövlət başçısı saymaq olmaz...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Avqust 2020, 12:47

 Litva Prezidenti Gitanas Nauseda bildirib ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonu qanuni dövlət başçısı saymaq olmaz. O, bunu Britaniyanın "Sky News" telekanalına müsahibəsində bildirib.

 

"Düşünmürəm ki, biz əvvəlki kimi Lukaşenkanı legitim adlandıra bilərik, çünki Belarusiyada azad demokratik seçkilər keçirilməyib", Nauseda bildirib.

 

O həmçinin qeyd edib ki, Minskə qarşı sanksiyaların tətbiqi istisna edilmir. Onun sözlərinə görə, bu vəziyyət “Belarus xalqına mənfi təsir göstərəcək".

 

İnterAz xəbər verir ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. Seçki məntəqələri bağlandıqdan sonra nəticələrin saxtalaşdırıldığını iddia edənlər icazəsiz etiraz aksiyalarına başlayıb.