BMT Təhlükəsizlik Şurasında İrana qarşı silah enbarqosu məsələsi səsverməyə çıxarılıb

ABŞ-ın İrana qarşı silah enbarqosunun uzadılması ilə bağlı qətnamə layihəsi BMT Təhlükəsizlik Şurasında səsverməyə çıxarılıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Avqust 2020, 12:39

ABŞ-ın İrana qarşı silah enbarqosunun uzadılması ilə bağlı qətnamə layihəsi BMT Təhlükəsizlik Şurasında səsverməyə çıxarılıb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, BMT Təhlükəsizlik Şurasında İrana qarşı silah enbarqosunun uzadılması səsverməyə çıxarılıb və bir sutkadan sonra səsvermənin nəticəsi bəlli olacaq.

 

Qeyd edək ki, nüvə sazişinə əsasən İrana qarşı silah enbarqosunun vaxtı cari ilin oktyabrında bitir. Sazişdən çıxan ABŞ bu enbarqonu uzatmaq üçün yenidən TŞ-da qətnamə layihəsi müzakirəyə çıxarıb. ABŞ bunun üçün bır sıra region və dünya ölkələrini səfərbər edib.

 

İran, Rusiya və Çin bu qətnamə layihəsinin qəbul ediləcəyilə bağlı xəbərdarlıq ediblər.